BolgeXeber.Com » Sosial » Azərbaycanda müəllimlərin 77,8 faizi qadındır

Azərbaycanda müəllimlərin 77,8 faizi qadındır

9-06-2017, 17:13
Oxunub: 3 015 Azərbaycanda müəllimlərin 77,8 faizi qadındırAzərbaycanda iki və üç növbəli əyani ümumtəhsil müəssisələrinin sayı artır

2016/2017-ci tədris ilində 3065 bir növbəli, 1346 iki və üç növbəli məktəblərdə dərslər tədris olunub. Əvvəlki tədris ilində isə bu rəqəmlər müvafiq olaraq 3158, 1265 olub.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrində müəllimlərin və rəhbər işçilərin 77,8 faizi qadınlardır. Ümumtəhsil müəssisələrində direktorların 21,2 faizi, ibtidai siniflərdə müəllimlərin 90,5 faizi, 5-11-ci siniflər üzrə isə müəllimlərin 79,5 faizi qadınlardır.

Azərbaycanda 7 qiyabi məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 2,5 min nəfərdir. Bu məktəblərdə isə 166 müəllim çalışır. Azərbaycanda 25 özəl məktəbdə isə 8761 şagird təhsil alır. Özəl məktəblərin 21-i Bakı şəhərindədir. Sumqayıt şəhəri, Abşeron, Şəmkir, Biləsuvar rayonlarının hərəsində isə 1 məktəb fəaliyyət göstərir.