BolgeXeber.Com » Gündəm » Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)

Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)

9-06-2017, 17:31
Oxunub: 6 049 Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları bizi hökumətdən narazı salmaq istəyirlər"

Ucar rayon sakini olan Qarabağ müharibəsi əlilləri tərəfindən Bolgexeber.com-a şikayət məktubu ünvanlanıb. Məktubda deyilir:

"Bu müraciətimizdə yazıb Sizə bildirirk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bizi aldadıb dövlətin ayırdığı pulu mənimsəyir. Ucar rayonunun Bərgüşad kənd sakini, 1971-ci ildə anadan olmuş Şahin Nurməmməd oğlu Nurməmmədov, Lək kənd sakini, 1973-ci il təvəllüdlü Rafiq Bahadur oğlu Tağıyev və Təzə Şilyan kənd sakini 1973-ci il təvəllüdlü Ruslan Beykəs oğlu Cəfərov hər üçümüz 2-ci qrup Qarabağ müharibəsi əlilləriyik. Bizim hər birimizə dövlətin maddi vəsaiti hesabına 2015- ci ildə fərdi yaşayış evi inşa edilməyə başlanıb və 2017-ci ildə işlər tam qurtarmamış istifadəyə verilib.Açlış edib lenti kəsdilər və həmin evləri istifadəmizə verdilər.Ancaq həmin evlərdə işıq, qaz və su xəttləri çəkilməyib, həyətyanı sahə hasara alınmayıb və giriş darvazası qoyulmayıb. Bundan başqa evin inşası üçün lazım olan bəzi materialları, usta və fəhlələrin pullarını biz əlillər özümüz bor edib ödəmişik.
Ancaq həmin pulları indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə ödəməyib.
Biz Azərbaycan Respublikasının suverenliyi və Qarabağ torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuşuq.Dövlət Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin qayğısına qalır buna görə büdcədən vəsait ayrılır. Ancaq bu vəsaiti talan etmək üçün min- bir saxtakarlığa əl atan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları bizi hökumətdən narazı salmaq istəyirlər.Biz isə bilirik ki, burada dövlətin heç bir günahi yoxdur.Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi üçün dövlət pul ayırır bundan tam razıyıq, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşları bu pulun böyük hissəsini talan etdikləri üçün evlərimiz yarımçıq istifadəyə verilmişdir.Bu dövlətə qarşı cinayət və Qarabağ müharibəsi əlilinə qarşı təhqqirdir.Mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Soisal Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirik.Sizdən xahiş edirik dövlətin ayırdığı vəsaiti talan edib biz Qarabağ müharibəsi əlillərinə evləri yarımçıq tikib istifadəyə vermiş cavabdeh məsul vəzifəli şəxslər barəsində ciddi tədbirlər görəsiniz.

İmza; Ucar rayon sakinləri Qarabağ müharibəsi əlilləri

Ucar rayonu Bərgüşad kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Şahin Nurməmməd oğlu Nurməmmədov (050) 394-91-53,
Ucar rayon Lək kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Rafiq Bahadur oğlu Tağıyev (050) 533-51-02
Ucar rayonu Təzə Şilyan kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Ruslan Beykəs oğlu (051) 924-47-14"

Bolgexeber.com olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)
Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)
Ucarlı Qarabağ müharibəsi əlilləri şikayət edir - SƏBƏB(FOTO)