BolgeXeber.Com » İdman » Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək - Bu gün

Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək - Bu gün

10-06-2017, 13:36
Oxunub: 3 247 Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək - Bu gün2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaqlar

Oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edəcək. Ona həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirəcək.
Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Millimizin yer aldığı "C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Çexiya 8 xalla ikinci, Şimali İrlandiya 7 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.