BolgeXeber.Com » Dünya » Bu şəxslə nahar etmək hüququ 2,67 milyon dollara satılıb

Bu şəxslə nahar etmək hüququ 2,67 milyon dollara satılıb

10-06-2017, 13:41
Oxunub: 4 004 Bu şəxslə nahar etmək hüququ 2,67 milyon dollara satılıbMilyarder Uorren Baffetlə nahar etmək hüququ hərracda 2,67 milyon dollara satılıb

Alıcı öz adını anonim saxlamağa qərar verib. AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, bu il 86 yaşlı biznesmenlə nahar yeməyinin dəyəri bir qədər ucuz qiymətləndirilib. Bir il öncə Çinin "Dalian Zeus Entertainment” kompaniyası bunun üçün 3,45 milyon dollar təklif etmişdi.

Baffet artıq 18 ildir ki, belə hərraclar təşkil edir. Nahardan əldə olunan bütün vəsait San-Fransiskodakı evsizlərə yardım göstərən "Glide Foundation” təşkilatının xeyriyyəçiliyinə yönəldilir. Bütün illər ərzində biznesmen naharlarının satışından 25 milyon dollardan çox pul yığıb.

Baffetlə nahar yeməkləri adətən Nyu-York şəhərindəki "Smith and Wollensky” steyk-evində baş tutur. Bəzən hərracın qalibi anonim qalmağı tərcih etsə, görüş yeri dəyişdirilir. Milyarderlə söhbət sahəsi çox genişdir, məhdudiyyətlər yalnız Baffetin özünün investisiya planlarına qoyulur.