Dünya Bankı Ziya Məmmədovun bağladığı iri müqaviləni yoxlamağa başladı
10-06-2017, 17:16
Oxunub: 4 941
Dünya Bankı “Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb
Virtualaz.org xəbər verir ki, bu barədə Kanadanın “The Glob and Mail” qəzeti bildirir.
Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır. Xatırladaq ki, 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq “otkat” alındığını müəyyən edərək “Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib.
Həmin müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” ASC Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə Arif Əsgərov yerinə yetirirdi.
Xəbərdə bildirilirdi ki, əgər Dünya Bankı “Bombardier”lə Azərbaycan məmurları arasında hansısa korrupsiya sövdələşməsini aşkar eləsə Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Dünya Bankı Azərbaycanda dəmir yollarının yenidən qurulması layihəsinin əsas kreditorudur.
Xatırladaq ki, Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə ötən ay vəzifəsindən istefa verib
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər