BolgeXeber.Com » Gündəm » "Bu kompleksdə mənzil sahibi olduğuma görə çox şanslıyam" - "Qurtuluş 93" sakinləri

"Bu kompleksdə mənzil sahibi olduğuma görə çox şanslıyam" - "Qurtuluş 93" sakinləri

12-06-2017, 10:42
Oxunub: 8 427 "Bu kompleksdə mənzil sahibi olduğuma görə çox şanslıyam" - "Qurtuluş 93" sakinləriƏslən Naxçıvandan olan Məğrur və Şahin bəy kompleksin daim təmiz hava ilə əhatə olunmasının buranın ən yaxşı xüsusiyyətlərindən sayırlar

Ötən yazıda söz verdiyimiz kimi, əməkdaşlarımız "Qurtuluş 93" Yaşayış Kompleksinə gedərək, sakinlərlə görüşüblər.
Nəinki həmyerlilərimiz, əslən qonşu ölkələrin vətəndaşı olan şəxslər də bu kompleksdə mənzil sahibidirlər və təmin olunmuş şəraitdən çox razıdırlar.
Görüş zamanı Gürcüstan, Naxçıvan, Ağstafa, Qəbələ, Sabirabad və digər bölgələrdən olan sakinlər "Qurtuluş 93" haqqında öz təəssüratlarını bölüşüblər.
Gürcüstan vətəndaşı olan Ramin bəy qeyd edib ki, kompleksin ərazisində yüksək səviyyəli yaşayış üçün hər cür şərait yaradılıb:
"Özünüz də görürsüz ki, necə gözəl kompleks tikilib. İstədyimiz hər şey əlçatandır və bu kompleksdə mənzil sahibi olduğuma görə çox şanslıyam."

Əslən Naxçıvandan olan Məğrur və Şahin bəy kompleksin daim təmiz hava ilə əhatə olunmasının buranın ən yaxşı xüsusiyyətlərindən sayırlar:
"Ən əsası təmiz havadır, çünki hər gün uşaqlarımızı gəzintiyə çıxarırıq, parkda oynamağa aparırıq. "Qurtuluş 93" elə bir ərazidə yerləşir ki, həmişə havası təmiz olur. Bu da ən əsası, bizim və uşaqlarımızın sağlamlığına xeyirdir."

"Burda gecikmələrə görə qətiyyən bizi sıxmırlar"


Sabirabad sakini olan Ayət bəy isə kredit ödənişlərində təzyiqə məruz qalmadıqlarını deyib:
"İstər-istəməz hər kəsin maddi problem yaşadığı dövrlər olur. Kreditin vaxtı çatanda gecikdirməyə məcbur olursan. Amma burda gecikmələrə görə qətiyyən bizi sıxmırlar. Belə bir çətinlik yarananda, Hacı Məhərrəmə məlumat verilir, o da, bizə möhlət verir. Həmin möhlət ərzində ödəniş eliyirik. Burada heç kəsi incitmirlər."

"Məhərrəm Novruzova yaratdığı şəraitə görə təşəkkür eliyirik"

Ağstafa sakini olan Füzuli bəy kompleksin ümumi mənzərəsindən danışıb:
"Bizim kompleksdə nə istəsən, tapa bilərsən. Klinikadan tutmuş idman kompleksinə qədər. Bağçadan çox razıyıq, müəllimləri səmimidir, savadlıdır. Uşağı qoyub gedəndə gözümüz arxada qalmır. İstirahət mərkəzləri var, hərdən işin stressini atmaq üçün belə yerlərə gedirik. Çox razıyıq. Məhərrəm Novruzova yaratdığı şəraitə görə təşəkkür eliyirik."

"Xəstəliyi olan neçə sakini müalicəyə göndərib və bütün xərcləri öz cibindən qarşılayıb"

Görüşdüyümüz sakinlər həmçinin Hacı Məhərrəm Novruzovun xeyriyyəçi fəaliyyəti haqqında danışıblar:
"Hacı Məhərrəm çox sadə adamdır, elədiyi əməlləri heç vaxt açıb deməz. Amma kompleksdə hamı bilir ki, o, necə xeyirsevər insandır. Xəstəliyi olan neçə sakini müalicəyə göndərib, həm də bütün xərcləri öz cibindən qarşılayıb.
İstedadlı olsa da, itib-batacaq idmançı uşaqlarımız vardı. Hacı Məhərrəm uşaqlardakı potensialı görüb, onları yetişdirməyə başladı. Böyük pul ayırdı uşaq üçün.
İndi həmin uşaqların səsi daha yuxarılardan gəlir. Onların bu səviyyəyə gəlib çatmağında Hacı Məhərrəmin böyük rolu olub, bunu danmaq olmaz." - deyə sakinlər qeyd ediblər.

Adlarını çəkdiyimiz sakinlərin daha geniş müsahibələrini yaxın saatlarda "Bolge.tv"də izləyə biləcəksiniz.


Bolgexeber.com