Sumqayıtda yaşayış evindən tank mərmiləri tapılıb
24-01-2011, 19:05
Oxunub: 5 276
Aşkarlanan sursatların döyüş başlığı olmayan 125 mm tank mərmilərinin olduğu müəyyən edilib
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fərdi yaşayış evinin həyətində döyüş sursatları aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olan kimi müvafiq qurumların mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanan sursatların döyüş başlığı olmayan 125 mm tank mərmilərinin olduğu müəyyən edilib. Xilasedicilər tərəfindən ərazidə əlavə axtarış işləri həyata keçirilib. Aparılmış axtarış nəticəsində hadisə yerində digər şübhəli əşya aşkarlanmayıb. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər