BolgeXeber.Com » Gündəm » Seçiciləri Tahir Mirkişilini görmək istəyir-VIDEO

Seçiciləri Tahir Mirkişilini görmək istəyir-VIDEO

3-08-2018, 11:59
Oxunub: 3 984 Seçiciləri Tahir Mirkişilini görmək istəyir-VIDEO"Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili seçilmiş Tahir Mirkişili haqqındadır

Rubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Sumqayıt şəhəri 5-ci mikrorayonda yaşayan seçicilərin böyük bir hissəsi Tahir Mirkişilini tanımadı:
"Seçkilərdə gedib səs vermişik, amma sonra millət vəkilimizi görə bilməmişik. Onunla görüşməyi çox istərdik. Çünki ərazimizdə bəzi məsələlər var ki, hələ də həll olunmayıb. Ona görə də, millət vəkilimizin bizi bir araya yığacağı və onunla problemlərimizi müzakirə edəcəyimiz günü gözləyirik." - deyə sakinlər bildiriblər.

Qeyd edək ki, Tahir Mirkişili Milli Məclisin 5-ci çağırış millət vəkili olmaqla yanaşı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
Rubrikamızın növbəti reportajı 80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən seçilmiş Hacı Salayev haqqında olacaq.
Bolgexeber.com