BolgeXeber.Com » Dünya » Ulduz falı: Riskdən qorxmayın

Ulduz falı: Riskdən qorxmayın

15-06-2017, 09:20
Oxunub: 2 793 Ulduz falı: Riskdən qorxmayınBUĞA - Dünənki xoş ovqatınız bu gün də davam edəcək

QOÇ - Uğurlarınıza təkan verildiyindən qlobal problemləriniz arxada qalmaqdadır. Lakin rəqiblərlə münasibətdə ehtiyatı əldən buraxmamalısınız. Vəzifəli adamlardan uzaq olun.

BUĞA - Dünənki xoş ovqatınız bu gün də davam edəcək. Hansısa gərginlik və ya münaqişəni ağlınıza gətirməyin. Ailə üzvlərinizə qarşı mülayim olun. Sevdiyiniz adamları dəyərləndirin.

ƏKİZLƏR - Maraqlı adamlarla görüşəcəyinizi bəyan edən ulduzlar gələcək perspektivləriniz üçün bunun böyük səmərə verəcəyini deyir. Başqa maraqlı olaylarla da qarşılaşacağınız istisna olunmur.

XƏRÇƏNG - Qarşınızda çoxsaylı vəzifələr dursa da, orqanizminizdə passivlik yaranması işləri ləngidə bilər. Bu səbəbdən ilk növbədə səhhətinizi qorumalısınız ki, hər şeyə yetişə biləsiniz.

ŞİR - Astroloji göstəricilər xoş bir təqvim yaşayacağınızı bildirir. Xüsusən də saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Şəxsi büdcənizi artırmaq üçün canfəşanlıq göstərin.

QIZ - Yaxşı olar ki, özünüzü bütünlüklə sevgiyə həsr edəsiniz. Çünki həssaslığın himayədarı olan planetiniz (Merkuri) artıq Yerə təsir imkanlarını itirmək üzrədir. Şansınızı buraxmayın.

TƏRƏZİ - Əvvəlki günlərlə müqayisədə sağlıq durumunuz qənaətbəxşdir. Bundan irəli gələrək fəaliyyətinizi aktivlik müstəvisinə yönəltmək imkanı qazanacaqsınız. İşgüzar görüşləri təxirə salmayın.

ƏQRƏB - Diqqətli olun. Sizi aldada bilərlər. Ələlxüsus da peşə-sənət fəaliyyətində, işgüzar sövdələşmələrdə ayıq-sayıqlığınızı artırmalısınız. Düşünülməmiş riskə ehtiyac yoxdur.

OXATAN - Ulduzların düzümü kənar təsirlərə məruz qalacağınızdan xəbər verir. Ələlxüsus da saat 12-15 arası ehtiyatı əldən buraxmamalısınız. İş görüşmələrində təşəbbüskarlığı əldən verməyin.

OĞLAQ - Bəxtinizdə maraqlı bir gün durur. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Şəxsi büdcənizin azlığından şikayətlənməyin. Axı hələ hər şey itirilməyib. Azacıq səbr edin.

SUTÖKƏN - Hiss olunur ki, ətrafınızda cərəyan edən hadisələr sürətli olsa da, cansıxıcı təsir bağışlayır. Amma bu, ötəridir. Əgər qərarlarınızda qətiyyət göstərsəniz, narahatlıq olmayacaq.

BALIQLAR - Kənardan hansısa dəstək alacağınız inandırıcı deyil. Bu səbəbdən də yalnız öz gücünüzə arxalanın. Göy qübbəsi görüş və müzakirələrə gecikməməyi tövsiyə edir. Riskdən qorxmayın.