BolgeXeber.Com » İqtisadiyyat » “Amazon” dəyəri 1 trilyon dollar olan ilk şirkət ola bilər

“Amazon” dəyəri 1 trilyon dollar olan ilk şirkət ola bilər

15-06-2017, 14:00
Oxunub: 4 147 “Amazon” dəyəri 1 trilyon dollar olan ilk şirkət ola bilərHazırda "Apple" 1 trilyon dollarlıq bazar kapitallaşması ilə dünyada ilk şirkət olmaq yarışında əsas namizədlərdən biridir

Bolgexeber.com lent.az-a istinadən xəbər verir ki, "Firebrand Partners" nəhəng investisiya fondunun qurucusu Skott Qelluey (Scott Galloway) isə hesab edir ki, dəyəri 1 trilyon dollar olan ilk şirkət "Amazon" olacaq.

O, ABŞ-da tipik pərakəndə satış nöqtələrinin 1/3 hissəsinin azalacağını proqnozlaşdırır. Ancaq bundan heç kəs əziyyət çəkməyəcək, çünki daha çox insan məhsulları "Amazon"dan sifariş edir və çatdırılmanın rahat xidmətindən istifadə edirlər.

Onun fikrincə, pərakəndə satış mağazaları yalnız premium məhsulların satışı üçün mövcud olacaq, həmçinin aldıqları əşyanı əllərində saxlamağı sevənlər kateqoriyasından olan insanlar üçün qalacaq.

Yaxın gələcəkdə "Amazon"un payına ABŞ-da ümumi istifadədə olan məhsul satışlarının 98 faizi düşə bilər. Yerdə qalan 2 faiz isə brend əşyalar, aksessuarlar, avtomobillər və digər məhsullar satan şirkətlərə məxsus olacaq.