BolgeXeber.Com » Dünya » Dünyanın səkkizinci möcüzəsinin dəqiq yeri müəyyənləşdi

Dünyanın səkkizinci möcüzəsinin dəqiq yeri müəyyənləşdi

15-06-2017, 17:58
Oxunub: 2 804 Dünyanın səkkizinci möcüzəsinin dəqiq yeri müəyyənləşdiTədqiqatçı Reks Bann və Yeni Zelandiyanın Milli kitabxanasının əməkdaşı Saşa Holden dünyanın səkkizinci möcüzəsinin dəqiq yerini müəyyənləşdiriblər

Oxu.Az-ın “National Geographic”ə istinadən məlumatına görə, müvafiq məqalə “Journal of the Royal Society of New Zealand” jurnalında dərc edilib.

Tədqiqatçılar “Çəhrayı və Ağ terraslar”ın (Otukapuaranqi) dəqiq yerini müəyyənləşdirməyə çaılışıblar. Bunun üçün onlar xəritəçi Ferdinand fon Xoştetterin 1859-cu il yazılarını öyrəniblər, həmçinin 1886-cı ildə baş verən hadisələri araşdırıblar.

Bann və Holden belə qənaətə gəliblər ki, “Çəhrayı və Ağ terraslar” Yeni Zelandiya ərazisində yerləşən Şimal adasında Rotomahana gölündən 9-15 metr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünyanın səkkizinci möcüzəsi 1886-cı ildə Taravera vulkanın püskürməsi nəticəsində dağılıb.