BolgeXeber.Com » Şou-Biznes » “Maşın” şounun qalibi məlum oldu – FOTO + VİDEO

“Maşın” şounun qalibi məlum oldu – FOTO + VİDEO

16-06-2017, 09:08
Oxunub: 4 022 “Maşın” şounun qalibi məlum oldu – FOTO + VİDEO“Maşın Şou - Qarşıdurma”ın qalibi elan olunub

Hazırda ATV-də canlı yayımlanan “Maşın” şouda aparıcı, Əməkdar artist Murad Dadaşov qalibin artıq məlum olduğunu söyləyib, lakin onun adının proqramın sonunda açıqlayacağını vurğulayıb.

Verilişə qonaq kimi dəvət olunan, şounu tərk edən iştirakçı, müğənni Üzeyir Mehdizadə isə bilməyərəkdən realiti şounun qalibinin İslam Mehrəliyev olduğunu proqramda elan edib.

Beləliklə, finala qalan Elcan Rəsulov avtomobili qazana bilməyib.

Elcan Rəsulov, İslam Mehrəliyev, Oksana Rəsulova17 gün davam edən gərgin mübarizənin qalibi aktyor İslam Mehrəliyevdir. Şounun final gecəsində avtomobilin açarları ona təqdim edilib.

Qeyd edək ki, mayın 28-dən yayımlanan "Maşın" şousu iyunun 15-də başa çatıb. Maşından ilk olaraq əlini rəqqasə Oksana Rəsulova, ikinci isə aktyor Elcan Rəsulov götürüb.

“Maşın” şounun qalibi məlum oldu – FOTO + VİDEO
“Maşın” şounun qalibi məlum oldu – FOTO + VİDEO