BolgeXeber.Com » Analitika » “Texnikabank”ın sədri azadlığa buraxıldı

“Texnikabank”ın sədri azadlığa buraxıldı

16-11-2012, 14:25
Oxunub: 5 693 “Texnikabank”ın Müşahidə Şurasının həbsdə olan sədri Etibar Əliyev azadlığa buraxılıb.

Bu barədə Bolgexeber.com-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. E. Behbudov E. Əliyevin məhkəmənin qərarı ilə azadlığa buraxıldığını deyib.

Qeyd edək ki, E. Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu.