BolgeXeber.Com » Dünya » İtaliyada nəqliyyat sistemi iflic oldu

İtaliyada nəqliyyat sistemi iflic oldu

16-06-2017, 16:49
Oxunub: 2 331 İtaliyada nəqliyyat sistemi iflic olduİtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib

Bolgexeber.com Trend-ə istinadən məlumat verir ki, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib.

Belə ki, yerli “Alitalia” aviaşirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub.

24 saatlıq tətil bütün növ ictimai nəqliyyat – metro, yerüstü nəqliyyat, eləcə də, dəmir yollarına şamil edilib.

Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.