BolgeXeber.Com » Analitika » Mütəşəkkil dəstə karxanalarda teror küləyi əsdirir

Mütəşəkkil dəstə karxanalarda teror küləyi əsdirir

16-11-2012, 14:45
Oxunub: 7 784 Bu işdə onların əsas yardımçıları isə hüquq-mühafizə orqanlarında çalışan şəxslərdir.

Son günlər Qaradağ karxanalarından ölkə mətbuatına davamlı olaraq şikayətlər daxil olmaqdaır. Daxil olan şikayətlərdə bir qrup şəxsin uzun illərdir ki, mütəşəkkil dəstə yaradaraq karxana sahiblərini və sahə rəislərini davamlı olaraq reketə və açıq terrora məruz qoyduqları bildirilir. Həmin cinayətkar dəstəyə isə Amil Yusifov adlı şəxs rəhbərlik etdiyi iddia olunur.

Gunxeber.com-a Qaradağ karxanalarında baş verən olaylarla bağlı müdhiş məlumatlar daxil olub. Məlumatda bildirilir ki, artıq uzun illərdir ki, Amil Yusifov polislərlə və məhkəmələrlə əlbir olaraq karxanalarda terror küləyi əsdirir. Belə ki, Qaradağ polisi ilə və paytaxtın bir çox məhkəmələri ilə isti münasibətləri olan Amil Yusifov çəkinmədən Qaradağ karxanalarında at oynadır. O karxanalardakı iş adamlarından açıq şəkildə aylıq və illik «xərac» toplayır. Xəracı verməyənlər isə Amil Yusifov tərəfindən şantaj olunur. Bu işdə onun əsas «köməkçiləri» polislər məhkəmə hakimləridir.

Məlumatda göstərilir ki, Amil Yusifov 2007-ci ildən başlayaraq bu işlərlə məşğuldur. Misal olaraq göstərilir ki, 2008-ci ildə Amil Yusifov Qaradağın Qızıldaş qəsəbəsində İlahəddin və Fərid adlı sahə rəislərindən50 000 manat pul istəyib. Həmin şəxslər pulu verməkdən imtina etdikdə isə, Amil Yusifov saxta sənədlər tərtib edib. Həmin sənəddə göstərilib ki, güya sahə rəisləri mülkiyyətlərində olan karxananı ona satıb. Bundan sonra Amil Yusifov polisə müraciət edərək qarşı tərəfi dələduzluqda ittiham edib. Bildirib ki, İlahəddin və Fərid adlı şəxslər ondan karyeri satın almaq adı altında 50 000 dollar alıb və mənimsəyiblər. Bundan həmin iki nəfər həbs olunub və yalnız Amil Yusifova istədiyi 50 000 manatı verdikdən və məhkəmə hakimini «razı» saldıqdan sonra canlarını qurtara biliblər.

Gunxeber.com-a daxil olan məlumatda bildirilir ki, belə faktlar onlarladır. Bildirilir ki, adətən Aml Yusifov öz çirkli işlərini məhkəmələr vasitəsi ilə həyata keçirir. Belə ki, məşhur karxana dələduzu karxana sahiblərinə şər atır, onları məhkəməyə verir və məhkəmələr vasitəsi ilə sahibkarlara təzyiqlər göstərərək onlarda külli miqdarda pul alır.

Son iki ildə isə Amil Yusifov özünü YAP-çı iş adamı olaraq təqdim edən Akif Məmmədovla mütəşəkkil dəstə yaradaraq Qaradağ karyerlərində əsil terror küləyi əsdir. O heç kimi saya salmadan karyerlərdən hər ay böyük miqdarda pul toplayır.

Qəribədir ki, Amil Yusifovun cinayətkar əməlləri barədə mətbuatda dəfələrlə yazılmasına və dövlət qurumlarına dəfələrlə şikayətlərin olunmasına baxmayaraq, bu mütəşəkkil dəstəni heç kim durdurmur. Amil Yusifov isə hər yerdə özünü yüksək vəzifəli məmurun qohumu olaraq təqdim edir.

Məlumatda həmçinin bildirilir ki, bu günə qədər yüzlərlə sahibkar mütəşəkkil dəstənin şantajı ilə üz-üzə qalıb. Lakin heç bir dövlət qurumu bu karxana reketlərinin bu şantajını durdurmur. Mütəşəkkil dəstənin üzvlərinin tamamilə cəzasız qaldığını görən sahibkarlar isə artıq heç bir yerə şikayət etməyin lüzumsuz olduğunu düşünürlər. Ona görə də onların şantaja boyun əyməkdən başqa yolları qalmır.

Bildirilir ki, Qaradağ karxanalarında baş verənlərlə bağlı dəfələrlə ölkə rəhbərliyinə müraciət olunsa da, onların müraciətləri heç bir nəticə verməyib. Mütəşəkkil dəstənin üzvləri isə rahatlıqla öz cinayət əməllərini davam etdirirlər və çox təəssüf ki, onlara bu işdə hüquq-mühafizə orqanlarıf yardım edirlər.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.