BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda işlənmiş avtomobillər bahalaşıb - VİDEO

Azərbaycanda işlənmiş avtomobillər bahalaşıb - VİDEO

17-06-2017, 16:06
Oxunub: 3 330 Azərbaycanda işlənmiş avtomobillər bahalaşıb - VİDEOAzərbaycanda işlənmiş avtomobillərə maraq artıb

Satıcılar hər il olduğu kimi, bu il də yay aylarında satışın artdığını bildirirlər.

Bolgexeber.com Xezerxeber.az-a istinadən məlumat verir ki, xüsusilə də ötürücü sistemi avtomatik olan və kondisionerli avtomobillərə tələb böyükdür.

Qiyməti 15 min manatdan aşağı olan avtomobillər daha tez satılır. Həmçinin ili təzə və mühərrik həcmi kiçik olan avtomobillərə də maraq böyükdür.

Satıcılar alıcılıq qabiliyyəti artdığına görə qiymətlərin 15-25%-dək yüksəldiyini deyirlər. Alıcılıq qabiliyyətinin artması bahalı avtomobillərin satışının canlanmasına səbəb olub.

Satıcılar bildirir ki, qiymət artımı sezonun sonuna, yəni avqust ayına kimi davam edəcək. Bu aydan sonra isə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: