BolgeXeber.Com » Şou-Biznes » Ölümlə hədələndiyini deyən aktrisanın alim “sevgilisi” danışdı — “Mənə dedi ki, 50-100 manatlıq olmaqdan bezmişəm”

Ölümlə hədələndiyini deyən aktrisanın alim “sevgilisi” danışdı — “Mənə dedi ki, 50-100 manatlıq olmaqdan bezmişəm”

17-06-2017, 18:10
Oxunub: 3 319 Ölümlə hədələndiyini deyən aktrisanın alim “sevgilisi” danışdı — “Mənə dedi ki, 50-100 manatlıq olmaqdan bezmişəm”“Dünən haqqımda şikayət edən qadın onun sevgilisi olduğumu və ondan əl çəkməyərək hədələdiyimi iddia edib"

Aktrisa-model Əfsanə Qasımova dünən saytımıza müraciət edərək təhdid edildiyini deyib.

“Ölkə.az” saytına danışan Əfsanə Qasımova keçmiş sevgilisi, memar Cahid Həsənovun onu ölümlə hədələdiyini bildirmişdi.
Bu gün Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunmuş Cahid Həsənov “Ölkə.az” saytına zəng edərək haqqında səsləndirilən fikirlərə münasibət bildirib. O, öz növbəsində aktrisa-model Ə.Qasımovanı suçlayıb:
“Dünən haqqımda şikayət edən qadın onun sevgilisi olduğumu və ondan əl çəkməyərək hədələdiyimi iddia edib. İlk öncə qeyd edim ki, təqribən bir il öncə Lider TV-də “Həyat tərzi” verilişində yayında olarkən bu şəxs də bir qadın salonunun siması kimi iştirak edirdi. O, daha sonra mənə zəng vuraraq 50-100 manatlıq sima olmaqdan bezdiyini bildirdi və məndən mütəxəssiz kimi kömək istədi. Həmçinin başqa modellər kimi pis yola düşmək istəmədiyini dedikdən sonra mən ona brendini elə formalaşdıracağımı və heç kimə minnətsiz, halal pul sahibi olacağını vurğuladım.
Bu sahənin peşəkarı kimi mən bu müddət ərzində əlimdən gələn dəstəyi ona vermişəm. Adam verdiyini, etdiyini dilə gətirməz, ancaq seriallara çəkilişdən verilişlərə çıxmağa qədər ona şərait yaratmışam. Hətta daha sonra ona təklif etdim ki, maddi dəstəyi mən göstərməklə bir qadın salonu açsın, reklam və marketinq işi də mənim tərəfimdən olmaqla halalıqla pulumuzu qazanaq. Razılıq oldu.
Bir neçə aydır ki, mənim investisiyamla açdığımız salon fəaliyyət göstərir. Danışığımız belə olmuşdu ki, gəlirin 60%-i onun, 40%-i mənim olacaqdı. Bu razılıq əsasında bir neçə ərazidə iri ölçülü reklam lövhələri yerləşdirdim. Ancaq açılışa yaxın gördüm ki, bu xanım faiz məsələsində söhbətdən yayınır və üstəlik əlavə işlərə görə də vəsait istəyir. Ona əlavə vəsait verə bilməyəcəyimi dedikdə, özünü biruzə verməyə başladı. Nə qədər izah etməyə çalışdım ki, bu iş mən dediyim strategiya ilə davam etməlidir, xeyri olmadı. Hətta mən onu məhkəməyə verəcəyimi dedim və o “qara məni basınca, qoy qaranı mən basım” taktikasına keçərək böhtan atmağa başladı. Mənə zəng vuraraq əlavə pul verməsəm hücuma və şantaja keçəcəyini bildirdi. Ona artıq heç bir ödəniş etməyəcəyimi qeyd edib biznes şərikliyimizn bitdiyini bildirdim. Məni biabır etməklə və ailəmi dağıtmaqla hədələdi. Mən də əlindən gələni etməyini dedim”.
C.Həsənov aralarındakı davanın pula görə yarandığını qeyd edib:
“Bəli, bu dava olub və biznes davası idi. Məni təəccübləndirən isə çörək verdiyim, dəstək verdiyim şəxsin iftirasına məruz qalmağımdır. Guya, mən ona demişəm ki, gedib onu güllələyərəm. Mənim güllələrim mənim yaratdığım memarlıq əsərlərimdir. Onun kimi böhtançı adamlar isə uzun uzun illərdir ki, pul çəkmək üçün bu kimi variantlardan istifadə ediblər. Yazıq belələrinə ki, pula görə hər cür iyrəncliyə əl atırlar”.