BolgeXeber.Com » Dünya » Ata ağlını itirib, yoxsa oğlunu? – Müəmmalı olay

Ata ağlını itirib, yoxsa oğlunu? – Müəmmalı olay

18-06-2017, 11:44
Oxunub: 2 465 Ata ağlını itirib, yoxsa oğlunu? – Müəmmalı olayTürkiyədə itkin düşdüyü bildirilən və günlərdir axtarılan 5 yaşlı Məhməd Təkəoğlunun taleyi ilə bağlı yeni faktlar medana çıxıb

Məhmədin anası və qardaşını dindirən polislər təəccüblü vəziyyətlə qarşılaşıblar. Ana Zeliha Təkəoğlu belə bir uşağı dünyaya gətirmədiyini söyləyib.

Axar.az xəbər verir ki, “Habertürk”ün yaydığı informasiyada polis əməkdaşlarına təqdim olunan şəklin əslində ailənin 17 yaşlı oğlunun uşaqlıq şəkli olduğu aydınlaşıb.

Ata oğlunun itkin düşdüyünü polisə xəbər versə də, kamera görüntülərini araşdıran hüquq mühafizə işçiləri Tarkan Təkəoğlunun maşında tək olduğunu öyrənib. İtkin düşdüyü iddia olunan uşağın anası və qardaşı isə onun mövcudluğunu inkar edir. Ən qəribəsi isə Məhməd Təkəoğluna məxsus şəxsiyyət vəsiqəsinin saxta olmadığı halda 5 il ərzində heç bir xəstəxana və digər rəsmi qeydlərdə olmamasıdır.

Polis məsələ ilə bağlı araşdırmalara davam edir.