BolgeXeber.Com » Dünya » Günün qoroskopu: rəqiblərin sizi üstələməyinə imkan verməyin

Günün qoroskopu: rəqiblərin sizi üstələməyinə imkan verməyin

19-06-2017, 09:39
Oxunub: 2 535 Günün qoroskopu: rəqiblərin sizi üstələməyinə imkan verməyinƏkizlər - səhər yaxınlarınızla mübahisələr mümkündür

Qoç - bürcün bir çox nümayəndələri, nəhayət ki, fikirlərini çoxdandır diqqət tələb edən ailə işlərində cəmləşdirə biləcəklər. Burada təşkilatçılıq qabiliyyəti lazım gələcək. Uşaqların sizin şəxsi iştirakınız və əhəmiyyətli xərclər olmadan həlli qeyri-mümkün problemləri yarana bilər.

Buğa - çox şey vəd etməsə də, pis gün deyil. Nəzərəçarpan peşə nailiyyətlərinə, iş danışıqlarında uğura bel bağlamağa dəyməz. Ev işlərinin isə öhdəsindən əla gələcəksiniz. Komfort, səliqə-səhman, interyer dizaynı ilə bağlı məsələlər sizdə yaxşı alınacaq.

Əkizlər - səhər yaxınlarınızla mübahisələr mümkündür. Günün ortasında isə harmoniya bərqərar olacaq. Çoxdan bəri reallaşdırmaq istədiyiniz işə başlayın. Təmkinli olun. Rəqiblərin sizi üstələməyinə imkan verməyin.

Xərçəng - bu gün çox əlverişli emosional fonu ilə fərqlənəcək. Əhval-ruhiyyəniz yaxşı olacaq və çətin ki, nəsə sizi tarazlıqdan çıxara bilsin. İşdə əhəmiyyətli uğurlar mümkündür.

Şir - siz heç bir zəhmət çəkmədən rəhbərik və işgüzar partnyorlarınızın hörmətini qazanacaqsınız. Hətta, əvvəllər sizin səlahiyyətiniz daxilində olmayan məsələlərin də öhdəsindən əla gələcəksiniz. Yeni və faydalı nəsə öyrənmək üçün münasib gündür.

Qız - peşə problemlərinin öhdəsindən gələ biləcəksiniz. Amma işdə böyük uğurlardan danışmağa dəyməz. Bürcün nümayəndələri kiçik nəticələrlə kifayətlənməli olacaqlar. Bunun əvəzində rəqibləriniz vacib qələbələr qazanacaqlar. Danışıqlarda ehtiyatlı olun, yerinə yetirməyin çətin olduğu vədlər verməyin.

Tərəzi - həyat potensialı bir qədər artacaq. Amma hələ də özünüzü o qədər də yaxşı hiss etməyəcəksiniz. Çox yeməməyə çalışın, kulinar eksperimentlərdən imtina edin.

Əqrəb - romantik münasibətlər baxımından çox çətin gündür. Sevdiyiniz adamla fikir ayrılıqları ehtimalı çox yüksəkdir. Üstəlik, Oxatanlar bu gün çox əsəbi və tələbkar olacaqlar.

Oxatan - əgər özünüzü dostcanlı aparmaq alınmırsa, heç olmasa, kəskin ifadə və eyhamlardan uzaq durmağa çalışın. Çətin ki, bu gün tənqidi nəzakətli şəkildə ifadə edə biləsiniz.

Oğlaq - ailə üzvləri ünsiyyət, qohumluq əlaqələrinin möhkəmləndirilməsi faydalıdır. Peşəkarlıq baxımından neytral gündür. Uğur göstərilən səydən asılı olacaq.

Dolça - bürcün nümayənlərinin qarşısı alınmaz fantaziyası onları şübhə və yanlışlıq yolu ilə aparacaq. Hədəfə daha tez çatmağa imkan verən artıq keçilmiş yol çox darıxdırıcı təsir bağışlayır. Odur ki, siz öz bildiyiniz kimi hərəkət edir, qəbul olunmuş qaydaları pozur, hətta, sizə ağıl vermək istəyənlərdən inciyirsiniz.

Balıqlar - bu gün siz daha çox şıltaqlığa, tez inciməyə, güzəştlərdən imtina etməyə meyllisiniz. Nəticədə anlaşılmazlıqlar tez-tez yaranmağa başlayır.