BolgeXeber.Com » Xəbərlər » Qəzəbli öküz intiqamını belə aldı -FOTO/VİDEO

Qəzəbli öküz intiqamını belə aldı -FOTO/VİDEO

19-06-2017, 14:13
Oxunub: 5 275 Qəzəbli öküz intiqamını belə aldı -FOTO/VİDEOMəhşur İspaniyalı matador İvan Fandino, Fransanın cənubundakı "Air Sur Ladour" arenasında keçirilən öküz döyüşü zamanı aldığı buynuz zərbəsi nəticəsində həyatını itirib

Moderator.az xəbər verir ki, bədəninin sağ tərəfində 15 santimetr dərinliyində buynuz zərbəsi alan və ağciyər kimi bəzi həyati orqanları ciddi ziyan görən Fandinonu xilas etmək mümkün olmayıb.

Fandino ilə birlikdə, 20-ci əsrdən bu günə qədər buynuz zərbələri ilə həyatını itirən matadorların sayı 36-ya yüksəlib.

Hər il təxminən iki min öküz döyüşünün keçirildiyi İspaniyada, bu il öküz güləşi mövsümü erkən başa çatıb.

İspaniyada bu cür hadisələrə görə, öküz döyüşlərinin sayı hər il azalır. Öküz döyüşünə qarşı çıxanlar bu ənənəni "vəhşicəsinə" kimi təsvir edirlər. İspaniya Baş Naziri Mariano Rajoy da daxil olmaqla öküz döyüşünü dəstəkləyənlər isə, bu ənənənin antik bir sənət olduğunu və milli tarixin ayrılmaz bir parçası halına gəldiyini deyir.

Qəzəbli öküz intiqamını belə aldı -FOTO/VİDEO
Qəzəbli öküz intiqamını belə aldı -FOTO/VİDEO