BolgeXeber.Com » Şou-Biznes » Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO

Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO

19-06-2017, 17:05
Oxunub: 5 611 Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTOTanınmış müğənni Natavan Həbibinin instaqramda paylaşdığı foto şou gündəmini zəbt edib

Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni "S" qeyd olunub.

Bundan əlavə, Dado da rəsmi instaqram səhifəsində sözügedən fotonu paylaşıb

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş "Yat, dostum" adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər.
Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO
Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO
Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO
Natavan Həbibi məşhur repçiyə ərə gedir - FOTO