BolgeXeber.Com » Xəbərlər » "Şərurlu İsfəndiyar"ın binalarında narazılıq-VİDEO

"Şərurlu İsfəndiyar"ın binalarında narazılıq-VİDEO

19-06-2017, 18:28
Oxunub: 1 873 "Şərurlu İsfəndiyar"ın binalarında narazılıq-VİDEOBakının Yeni Yasamal qəsəbəsində "Şərur MTK"-ya aid olan yeni tikilidən şikayət var

Bu haqda AZXEBER.COM-a məlumat verən sakinlər bildirib ki, binanın həyətində uşaqların istirahəti üçün yer ayrılmayıb.

Şikayətdə deyilir: "Binanın çox geniş həyəti var. Ancaq həyətdə uşaqların oynaması üçün heç bir şərait yoxdur. Biz bununla bağlı dəfələrlə şikayət etsək də, heç bir cavab verməyiblər".

Sakinlərin dediyinə görə, uşaqlar üçün şəraitin yaradılmasının səbəbi həmin ərazidə olan uşaq baxçasıdır: "Orada uşaq baxçası açıblar və bununla məcbur edirlər ki, hər kəs uşağı ora göndərsin. Əgər imkanın yoxdursa, uşağın orada baş verənləri kənardan izləyir. Həm də də bütün günü o baxçada mahnı qoyurlar, bu da sakinləri narahat edir"

Qeyd edək ki, bu binalar "Şərurlu İsfəndiyar" kimi tanınan iş adam İsfəndiyar Axundova məxsusdur.

Həmin ərazidən sakinlərin çəkdiyi videonu təqdim edirik: