BolgeXeber.Com » Xəbərlər » "Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram" - "Soliton"un işçisindən əcaib bəhanə
"Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram" - "Soliton"un işçisindən əcaib bəhanə
19-06-2017, 19:04
Oxunub: 2 403
Mağazalar verdikləri vədləri bəzən yerinə yetirməkdən boyun qaçırır
"Ölkə.Az" xəbər verir ki, tanınmış jurnalist Ələsgər Süleymanov məişət texnikası və elektronika məhsullarının satışı ilə məşğul olan "Soliton" mağazalar şəbəkəsi haqqında tənqidi fikir səsləndirib. O, mağazanın məhsullar üçün verdiyi zəmanətindən və texniki xidmətindən şikayət edib:
"Keçən il yayda "Soliton" mağazasından kreditlə kondinsioner götürmüşəm. Ötən yay 1,5 ay işləyib. Qışı boş yatıb, bu il havalar qızanda isə kondisioneri işə saldıqda soyutmadı. Qarantiyası olduğu üçün bir həftə əvvəl mağazanın texniki servisinə zəng vurdum. Mənə usta göndərəcəklərini dedilər. Gəldi, dedi ikinci mərtəbədi, ora çıxa bilmərəm. Hansı ki, elə pəncərədən də çıxıb ona baxa bilərdi. Daha sonra onun üçün 6 metrlik nərdivan düzəltdirdim. Üç dəfə zəng elədim, gah yağış yağır, gah başqa işlər var dedi. Nəhayət ki, bu gün gəldi. Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram. Nərdivan 7'5x5 taxtadan düzəldilib. Anlaşılan odur ki, mağaza satdıqları mala verdikləri zəmanətə sahib çıxmaq istəmir. Zəmanət də bu ayın 25-də bitir. İlin günün bu vaxtında müştərisi ilə belə rəftar edən şirkətdən mən bir daha nəsə alaram? Mən əsla, Siz özünüz bilərsiz".
Çox Oxunanlar
- 23-02-2024, 17:41 : Türkiyədə zəlzələ baş verdi
Dünya / Xəbərlər
- 23-02-2024, 12:24 : 730-cu gün: Rusiyanın itkiləri açıqlandı
Dünya / Xəbərlər
- 23-02-2024, 15:51 : "Dalğa Arena"nın adı dəyişdirildi
İdman / Xəbərlər
- 23-02-2024, 15:17 : Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi
Dünya / Xəbərlər
- 23-02-2024, 17:19 : Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Sosial / Xəbərlər
- 23-02-2024, 16:49 : Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb
Dünya / Xəbərlər
- 23-02-2024, 16:10 : Prezident fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 23-02-2024, 11:55 : İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Siyasət / Xəbərlər
- 23-02-2024, 10:22 : Neft bahalaşdı
Xəbərlər / İqtisadiyyat