BolgeXeber.Com » Gündəm » Zərdab sakinləri:"Küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü ildə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür"-FOTO

Zərdab sakinləri:"Küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü ildə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür"-FOTO

20-06-2017, 09:30
Oxunub: 4 710 Zərdab sakinləri:"Küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü ildə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür"-FOTO"Biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik"

Bir qrup Zərdab sakini Bolgexeber.com-un redaksiyasına Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavini Xəqani Kazımovun korrupsiya əməllərindən şikayət məktubu göndərmişdir.Həmin məktubu olduğu kimi təqdim edirik:

Zərdab rayon sakinləri tərəfindən

ŞİKAYƏT
Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür.Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi “Azəravtoyol” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir.Xəqani Kazımov hazırda Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir.Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksədə övladları kef-damaq içində yaşayır.Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobilərin kolleksiyası xəstəsidir. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var. biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik.

Rəfiyev Faiq Soltan oğlu
Abbasov Adil Qadir oğlu
Qasımov Nazim Oruc oğlu
Məmmədov Abdulkərim Hüseyn oğlu
Paşayev Kərim Lazım oğlu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com