BolgeXeber.Com » Dünya » EYNŞTEYN NİYƏ CORAB GEYİNMİRDİ? - MARAQLI HƏYAT HEKAYƏSİ

EYNŞTEYN NİYƏ CORAB GEYİNMİRDİ? - MARAQLI HƏYAT HEKAYƏSİ

20-06-2017, 10:32
Oxunub: 5 704 EYNŞTEYN NİYƏ CORAB GEYİNMİRDİ? - MARAQLI HƏYAT HEKAYƏSİİsrail Eynşteynə nazir olmasını təklif edib, ancaq məşhur fizik bunu rədd edib

İsveçrə Politeknik İnstitutundan məzun olduqdan sonra çox sevdiyi müəllimlik peşəsini edə bilməyib. O da patent məmuru olaraq işləyib.

İlk həyat yoldaşından boşandıqdan sonra əmsi qızı ilə evlənib və nasistlərdən qaçaraq ABŞ-a yerləşib.

76 yaşında, ABŞ-ın New Jersey əyalətinin Princeton şəhərində, 18 aprel 1955-ci il bazar ertəsi günü gecə 1:15-də vəfat edib. Ölüm səbəbi, durdurulmaz bir iç qanaması olub.
Ölümündən bir neçə saat sonra beyni, icazəsi alınmadan Dr. Tomas Harvey tərəfindən çıxarılmış və elmi iş olaraq araşdırılmışdır. Albert Eynşteynin məzarı yoxdur, dəfn edilməyib. O, istəyinə uyğun olaraq bədəni ölümündən sonra yandırılmış və külləri naməlum bir yerə sovrulmuşdur.
Eynşteyn, son vəsiyyətini 18 Mart 1950-ci ildə yazmışdır və katibəsi Helen Dukas ilə Dr. Otto Nathanı səlahiyyətli olaraq təyin etmişdir. Qəyyumları arasında ögey qızı Margot, 2 oğulu Hans Albert ilə Eduard və bəzi digər adlar var. Bütün yazılı varlığı, Qüdsdə olan Yəhudi Universitetinə verilmişdir. Bacısı Majanın ifadə etdiyinə görə, Eynşteyn kiçik yaşlarında yapbozlarla, bilməcələrlə və kiçik bir inşaat setiylə oynamağı sevirdi. Ən sevdiyi isə binalar tikmək idi. Vəhşi təbiətlə və idman fəaliyyətlərlə çox az maraqlanırdı. İrəliləyən yaşıyla birlikdə tək ehtirası kitab oxumaq idi.

Eynşteyn 2 dəfə evlənib. 1875-1948 illəri arasında yaşamış olan Mileva Maric ilə yanvar 1903-cü ildə evlənib. Maric, ETH-dəki bir başqa şagirdi idi. Fevral 1919-cu ildə boşanıblar. 4 ay sonra, iyun 1919-cu ildə, əmsi qızı Elsa Löwenthal (1876-1936) ilə evlənib. İlk həyat yoldaşı Milevadan 2 oğulu, ikinci həyat yoldaşı Elsadan 1 qızı olub.
Eynşteynin boyu İsveçrədə ikən tutduğu bir qeyd dəftərində 171.5 santimetr olaraq ifadə edilmiş. 1923-cü il tarixli pasportunda isə 175 santimetr olaraq keçir. Piano və skripka çalmağı xoşlayırdı. Ən çox Motsartı sevərdi; ondan sonra Vivaldi, Bach, Schubert və Corellini dinləyərdi.