Azərbaycanda yüksək vəzifəli məmur xəstəxanada öldü
20-06-2017, 11:06
Oxunub: 2 252
Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, dünən gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlikram Həmid oğlu Mahmudovun qəflətən iş otağında halı pisləşib.
O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini izah edərək, təcili müalicə olunmasını tövsiyə ediblər. Ə. Mahmudov həkimin nəzarəti ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında dünyasını dəyişib.
İlkin məlumata görə, mərhum ürəyində yaranan problem səbəbindən vəfat edib. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova müalicə alması tövsiyə edilib.
Çox Oxunanlar
- 23-02-2024, 17:41 : Türkiyədə zəlzələ baş verdi
Dünya / Xəbərlər
- 23-02-2024, 12:24 : 730-cu gün: Rusiyanın itkiləri açıqlandı
Dünya / Xəbərlər
- 23-02-2024, 15:51 : "Dalğa Arena"nın adı dəyişdirildi
İdman / Xəbərlər
- 23-02-2024, 15:17 : Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi
Dünya / Xəbərlər
- 23-02-2024, 17:19 : Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Sosial / Xəbərlər
- 23-02-2024, 16:49 : Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb
Dünya / Xəbərlər
- 23-02-2024, 16:10 : Prezident fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 23-02-2024, 11:55 : İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Siyasət / Xəbərlər
- 23-02-2024, 10:22 : Neft bahalaşdı
Xəbərlər / İqtisadiyyat