BolgeXeber.Com » Xəbərlər » AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb

AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb

20-06-2017, 11:58
Oxunub: 1 986 AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb  Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb

AZAL-dan "Report"a verilən xəbərə görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.