BolgeXeber.Com » Xəbərlər » Lənkəranda qətl: 80 yaşlı kişi 57 yaşlı həyat yoldaşını öldürdü-VİDEO

Lənkəranda qətl: 80 yaşlı kişi 57 yaşlı həyat yoldaşını öldürdü-VİDEO

20-06-2017, 14:20
Oxunub: 2 028 Lənkəranda qətl: 80 yaşlı kişi 57 yaşlı həyat yoldaşını öldürdü-VİDEOLənkəranda qətl hadisəsi baş verib

Bolge.tv-nin Cənub bürosunun məlumatına görə hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.
1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlican oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Əri tərəfindən qətlə yetirildiyi bildirilən Alamgül İsmayılova əslən Lerik rayonunun Mastail kəndindəndir. O, 5 il əvvəl X.Əzimovla ailə həyatı qurub.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.
Bolgexeber.com