BolgeXeber.Com » Xəbərlər » Dünyanı gəzsə də, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə - FOTO
Dünyanı gəzsə də, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə - FOTO
20-06-2017, 14:34
Oxunub: 2 239
Bir ildir ki, dünyanı gəzən velosipedçilər Bakıda xoş olmayan bir sürprizlə qarşılaşıb
Belə ki, artıq 7000 km-dən çox yol gələn turistlərin velosipedi Bakıda oğurlanıb.
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı biologiya kürsüsü rəhbəri Araz Zeyniyev sosial şəbəkədə yazıb. O bildirib ki, Valentin və iki yoldaşı velosiped ilə səyahətlərinə Fransadan başlayıb. Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər.
Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanların fikri, sadəcə, elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video-müsahibə də var imiş:
"Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar. Düşünürəm ki, velosipedini tapıb geri vermək, yəqin, çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi, başqa bir velosiped alması üçün kömək etmək borcumuz var. Ağlımda bir neçə ideya var: Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və s.".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər