BolgeXeber.Com » İdman » “Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub

“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub

21-06-2017, 11:20
Oxunub: 2 785 “Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olubFutbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib

“Report”un məlumatına görə, “Boka Xuniors” klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib.
Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici “Banfild”in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan “Boka Xuniors” 54 xal toplayan “Banfild” üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə “River Pleyt”dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub.