BolgeXeber.Com » İqtisadiyyat » Rusiyada dollar 60 rubl həddini ötüb

Rusiyada dollar 60 rubl həddini ötüb

21-06-2017, 12:58
Oxunub: 3 240 Rusiyada dollar 60 rubl həddini ötübRusiyanın nağd valyuta bazarında son günlər sürətlə bahalaşan ABŞ dollarının məzənnəsi bu gün kritik hədd - 60 rublu ötüb

"Report" xəbər verir ki, Rusiyada dolların məzənnəsinin artmasına səbəb son günlər qlobal bazarda neft qiymətlərinin azalması, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi və xarici portfel investisiyalarının tədricən Rusiya maliyyə bazarlarından çıxması amilləri göstərilir.
"Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların 62-63 rubla qədər bahalaşması, ilin sonuna qədər isə 57-63 rubl diapazonunda hərəkət etməsi gözlənilir. Qeyd edək ki, bu il Rusiyada dolların məzənnəsinin minimal həddi 55,72 rubl təşkil edib. Maksimal həddə isə ilin ilk iş günü - 61,2864 rubl səviyyəsində qeydə alınıb. Hazırda dollar nağd valyuta bazarında 60,1511 rubla satılır.