BolgeXeber.Com » Xəbərlər » QMİ "Seyid vəsiqəsi" verən qazını" cəzalandırıldı

QMİ "Seyid vəsiqəsi" verən qazını" cəzalandırıldı

21-06-2017, 15:46
Oxunub: 1 888 QMİ "Seyid vəsiqəsi" verən qazını" cəzalandırıldıQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb

Bolgexeber.com apa-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib".

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna "Seyid Ağa" vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub.