BolgeXeber.Com » Ölkə » Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

22-06-2017, 09:57
Oxunub: 2 291 Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladıAzərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.