BolgeXeber.Com » Xəbərlər » İmişlidə aztəminatlı ailələr daim diqqət mərkəzindədir

İmişlidə aztəminatlı ailələr daim diqqət mərkəzindədir

22-06-2017, 10:07
Oxunub: 2 158 İmişlidə aztəminatlı ailələr daim diqqət mərkəzindədir"Tapşırıqlara əsasən, daim bizə qayğı göstərilir"

Bu sözləri İmişli rayonun müxtəlif kəndlərində yaşayan şəhid ailələri və aztəminatlı ailələrin üzvləri deyiblər.
İmişli rayonuna ezam olunan Bölgə TV əməkdaşları həmin ailələr ilə görüşüblər və İcra Hakimiyyəti tərəfindən onlara göstərilən diqqət barədə söhbət ediblər.
Şəhid ailələri və əlil sakinlər qeyd ediblər ki, onların üzərindən heç vaxt diqqət əskik olmur:
"Mütəmadi olaraq Vilyam Hacıyevin qəbuluna düşürük. Bu, öz yerində. Hətta bəzi məsələlərimiz olur ki, müzakirə üçün növbədənkənar başçıya müraciət etməli oluruq. O da, sağolsun, bu qədər gərgin iş cədvəlinin arasında bizi qəbul edir, problemlərimizi dinləyir. Təbii ki, bu diqqət və qayğının əsas səbəbkarı prezident İlham Əliyev və birinci vitse-prezindet Mehriban Əliyevadır. Bu, danılmaz faktdır. Prezident İlham Əliyev daim aztəminatlı ailələrə, şəhid ailələrinə yardım göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verir. Bu tapşırıqları dəyərləndirən icra orqanları bizə dəstək olur. Ona öz təşəkkürümüzü bildiririk."

"Hər bayramda evimizə bayram payı bağlamaları göndərilir."

"Ümumiyyətlə, rayonumuzda sakinlər arasında ayrıseçkilik aparılmır. Çünki Prezident İlham Əliyev daim ayrıseçkiliyə qarşı olub. Təkcə şəhid ailələrinə yox, ehtiyacı olan bütün vətəndaşlara maddi və mənəvi köməklik göstərilməsinin tərəfdarı olub.
Bayramlarda bir neçə günlük qida ehtiyacımızı ödəyəcək bağlamalar göndərilir. Biz, İmişli sakinləri olaraq, göstərilən diqqət və qayğıya görə öncəliklə ölkə başçısı İlham Əliyevə və onun xanımı birinci vitse-prezident Mehriban Əliyevaya, sonra isə rifahımızın yüksəlməsi üçün verilən tapşırıqları vicdanla yerinə yetirdiyinə görə icra başçısı Vilyam Hacıyeva icra nümayəndələrinə təşəkür edirik." - deyə sakinlər qeyd ediblər.

Əməkdaşlarımızın İmişli rayonundan hazırladığı geniş videoreportajı yaxın saatlarda "Bolge.tv"də izləyə biləcəksiniz.