BolgeXeber.Com » Xəbərlər » "Ailə TV"nin ofisinə silahlı basqın oldu - YENİLƏNİB

"Ailə TV"nin ofisinə silahlı basqın oldu - YENİLƏNİB

22-06-2017, 14:01
Oxunub: 2 606 "Ailə TV"nin ofisinə silahlı basqın oldu - YENİLƏNİBBakıda törədilmiş quldurluq cinayətinin üstü açılıb

Bolgexeber.com lent.az-a istinadən xəbər verir ki, martın 15-də Xətai rayonunda yerləşən "Ailə TV" kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxs müəyyənləşdirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

----------

11:43

Bakının Xətai rayonunda yerləşən "Ailə TV" kabel televiziyasının ofisinə silahlı basqın olub.

Bolgexeber.com report-a istinadən xəbər verir ki, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.