BolgeXeber.Com » Xəbərlər » 400 minlik toyu olan məmur qızının yalanı üzə çıxdı - LİDER TV TƏKZİB ETDİ - BİABIRÇILIQ
400 minlik toyu olan məmur qızının yalanı üzə çıxdı - LİDER TV TƏKZİB ETDİ - BİABIRÇILIQ
22-06-2017, 15:38
Oxunub: 3 048
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova Lider Televiziyasında aparıcılıq edəcəyi barədə sosial şəbəkədə xəbər yayıb
Amma özünə 400 minlik toy edən məmur qızının yalanı üzə çıxıb.
Məsələ ilə bağlı Lider televiziyasının direktor müavini Lamiyə Ələkbərova açıqlama verərək, xəbəri təkzib edib:
"Bizim bu barədə məlumatımız yoxdur, o adda adamı da telekanala dəvət etməmişik. Anlamadım, Lider TV-də onu işə götürəcəyinə kim söz verib? Bu sualı o qızın özünə vermək lazımdır. Ümumiyyətlə, Aysel Şükürova adlı adamı tanımırıq”.
Qeyd edək ki, məmur qızı İnstaqram səhifəsində belə yazıb:
"Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra yenidən açdım. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir.
Bundan sonra isə artıq Lider TV-də aparıcı kimi özümü sınayacam. Bloger kimi çalışıdığım qədər sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var. İnşallah bilirəm ki, o da olacaq”.yeniçag.az
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər