BolgeXeber.Com » Xəbərlər » Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTO

Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTO

22-06-2017, 15:54
Oxunub: 3 232 Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTOYasamal rayonu, Hüseyn Cavid prospektində piyadaların intensiv hərəkət etdiyi səkidə hərəkət demək olar ki, məhdudlaşdırılıb

Sakinlərin Missiya.Az-a verdiyi xəbərə görə, piyada yolunun üzərinə ticarət köşkü qoyulduğu üçün onlar rahat hərəkət edə bilmirlər. «Bizim bu səkidən hər gün işə gedirik. Əvvəl yol tamamilə açıq idi. Amma indi ticarət köşkü qoyduqları üçün 2 nəfər yanaşı hərəkət edə bilmir»,- sakinlər saytımızı əməkdaşı ilə söhbətində belə deyib.
Sakinlərin sözlərinə görə, dəfələrlə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə baxan olmayıb. Səlahiyyətli şəxslər məsuliyyəti bir-birinin üzərinə atırlar.
Yasamal rayonu İcra Hakimiyyətinin Tikinti şöbəsinin əməkdaşı İmaməli Həsənov Missiya.Az-a açıqlamasında bildirdi ki, sakinlərin şikayəti ilə bağlı İcra Hakimiyyətinin Ticarət şöbəsi maraqlanmalıdır. Şöbədən isə zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, səki 5 və 20 nömrəli məktəblərin yaxınlığındadır. Həmin fotoları təqdim edirik:
Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTO
Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTO
Yasamalın bu küçəsində sakinlər rahat gəzə bilmirlər - FOTO