BolgeXeber.Com » Xəbərlər » Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib-VİDEO

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib-VİDEO

22-06-2017, 19:37
Oxunub: 2 238 Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib-VİDEOƏmlak Məsələləri Dövlət Komitəsi, ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə Recexpo 3 - Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair mətbuat konfransı keçirilib

Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, bir sıra tikinti şirkətləri və aparıcı media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov baş tutacaq sərginin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.
Ötən ildən fərqli olaraq, bu ilki sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması və tikinti layihələrinin nümayişi gözlənilir.Türkiyə, Rusiya, İspaniya kimi ölkələrin tikinti şirkətləri bu sərgidə toplanacaqlar.
Konfransın digər təşkilatçılarından olan ElanExpo və Atılım Fuarcılık şirkətlərinin nümayəndələri Salim Şahin və İlkin Abdiyev bildiriblər ki, sərginin daşınmaz əmlak bazarının inkişafı üçün mühüm əhəmiyyəti var.
Qeyd edək ki, sərgi 23-25 noyabr tarixlərində Baku Expo Mərkəzində keçiriləcək.

Bolgexeber.com