BolgeXeber.Com » Xəbərlər » "Porşe" ilə ananı öldürən milyonçu oğlu haqda qərar verildi

"Porşe" ilə ananı öldürən milyonçu oğlu haqda qərar verildi

23-06-2017, 11:20
Oxunub: 2 028 "Porşe" ilə ananı öldürən milyonçu oğlu haqda qərar verildiMəhkəmə “Porşe” ilə qəza törədən yeniyetmə ilə bağlı qərar verib

Bakı şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.