BolgeXeber.Com » Xəbərlər » Abşeron rayonunun qəsəbələrində quruculuq işləri sürətlə davam edir-VİDEO

Abşeron rayonunun qəsəbələrində quruculuq işləri sürətlə davam edir-VİDEO

23-06-2017, 15:11
Oxunub: 2 369 Abşeron rayonunun qəsəbələrində quruculuq işləri sürətlə davam edir-VİDEO350 min nəfərdən yuxarı əhalisi olan Abşeron rayonu gün ötdükcə inkişafı ilə göz oxşuyur

İcra Hakimiyyəti tərəfindən rayonun abadlaşdırlması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Təbii ki bu inkişafda bələdiyyələrin də rolu böyükdür. Abşeron RİH-nin çoxşaxəli fəaliyyətinin əsas dəstəkçisi olan bələdiyyələr üzərlərinə düşən vəzifəni icra edərək sakinlərin rahatlığını təmin edir.
Məmmədli bələdiyyəsində əhalinin və ərazinin sosial problemləri ilə 11 bələdiyyə üzvü və 16 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Daxili küçələr asfaltlanır, çınqıl döşənir, orta məktəb, bağça yenidən əsaslı təmir edilir.
Qəsəbə sakinləri Abşeron RİH və inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin fəaliyyətindən razı olduqlarını bildirdilər.

Aşağı Güzdək bələdiyyəsində 9 bələdiyyə üzvü və 15 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Xidmət çərçivəsində daxili yollar abadlaşdırılıb, qaz, su, elektrik xəttləri dəyişdirilib.
Həmçinin bayram aylarında maddi durumu aşağı olan ailələri yardım göstərilir.

Mehdiabad bələdiyyəsi tərəfindən ərazidə yaşıllıqların artırılması üçün müəyyən işlər görülmüşdür. Daim aztəminatlı ailələrə qayğı göstərilmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin edilmişdir.
Yeni yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsində müəyyən köməklik göstərilmişdir.
Sakinlər qeyd edirlər ki, Abşeron RİH tərəfindən mütəmadi olaraq diqqət və qayğı görüblər. Onların rahat istirahəti üçün qəsəbədə hər cür şərait yaradılıb.

Ceyranbatan qəsəbəsi Abşeron rayonunun son 50 ildə salınmış yaşayış məntəqələrindən biridir.
Bələdiyyənin dəstəyi ilə qəsəbədə kommunal sahədə xeyli işlər görülüb. Yollarda asfaltlanma işləri aparılır.
Bayramlarda şəhid, əlil və imkansız ailələrə bayram payı çatdırılmışdır.
Bolgexeber.com