BolgeXeber.Com » Xəbərlər » Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? VİDEO

Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? VİDEO

23-06-2017, 16:38
Oxunub: 1 968 Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? VİDEOÖlkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün baş bəlasına çevrilib

Bu xəbəri də oxu: Bu gün növbəti buraxılış imtahanları keçirilir

Bolgexeber.com bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı reportaj yayımlanıb.

Avro 2, Avro 4, Avro 5 standartlarına keçid, keyfiyyətin daha da artacağına və ekoloji cəhətdən təmiz yanacağın olacağına dair inam formalaşdırdı. Ancaq aparılan müşahidələr və ortaya çıxan nəticələr göstərir ki, sürücülər benzinin keyfiyyət və kəmiyyətində hələ də aldadılır. İstifadəçilərin sözlərinə görə, yanacağın tərkibindəki oktanın faizi aşağı salınır ki, alınan benzin daha tez sərf olunsun.

Sürücü: "10 litr benzin alıb vurursan, gedib evə maşını qoyub səhər görürsən ki, bitib. Buxarlanma çoxdur. Benzin yox səviyyəsindədir".

Sürücülər üçün yaşanan problem ancaq benzinin tez bitməsi ilə yekunlaşmır. Keyfiyyətsiz yanacaq avtomobillərin detallarını da tez sıradan çıxardır. Belə olduğu halda da sürücü əlini bir dəfə deyil, dəfələrlə cibinə atmalı olur.

Ölkəmizin bütün bölgələrinə yanacaq bir yerdən satışa çıxarılır. Ancaq maraqlısı budur ki, yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti müxtəlif olur. Belə nəticəyə gəlmək olar ki, benzinin keyfiyyətsiz olmasında sahibkarların rolu daha çoxdur. YDM əməkdaşları isə avtomobildə yaşanan hər problemin benzinin üzərinə atılmasını da doğru hesab etmirlər.