BolgeXeber.Com » Gündəm » Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...

Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...

24-06-2017, 10:32
Oxunub: 5 347 Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...Zərdab rayonunda Qarabağ uğrunda döyüşlərdə canından keçmiş şəhid Müşfiq Hacıyevin ruhu təhqir olunub

Hadisə rayonun Bıçaqçı kəndində baş verib.

Qeyd edək ki, Müşfiq Hacıyev 1992-ci ilin avqustunda Ağdərə rayonundakı Qızılqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının və komandirlərinin xahişini nəzərə alıb, oxuduğu Bıçaqçı kənd məktəbinə şəhidin adı verilib. Həmçinin, o vaxtlar “Şirvan” kolxozunun maliyyə dəstəyi ilə məktəbin həyətində şəhidin abidəsi ucaldılıb. Abidənin açılışında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1996-cı ildə Prezident H. Əliyevin fərmanı ilə şəhid Müşfiq Hacıyev ölümündən sonra “Xidmətlərinə görə” medalı ilə təltif edilib. 2000-ci ildə isə şəhidin döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi” kitabı nəşr olunub.

Bütün bunlara baxmayaraq, Bıçaqçı kəndinin Rəsulov Eyvaz adlı sakini Respublika Prokurorluğuna ərizə yazaraq, şəhidə böhtan atıb və onun ruhunu təhqir edib. Bu barədə redaksiymıza telefon açan şəhidin qardaşı Bəxtiyar Hacıyev məlumat verib.

B. Hacıyev bildirir ki, prokurorluğa yazılan ərizə şər-böhtan və təhqirlə doludur. Belə ki, ərizəçi qeyd edib ki, guya Müşfiq Hacıyev şəhid olmayıb. Məktəbin həyətindəki abidə guya erməni Şaumyanındır və biz onu haradansa tapıb gətirib bura qoymuşuq.

Fakt isə odur ki, həmin abidənin hazırlanmasını “Şirvan” kolxozu Mingəçevir şəhərində fəaliyyət göstərən Böyükkişi adlı heykəltaraşa sifariş etmişdi və abidənin açılışında həm heykəltaraş, həm rayon rəhbərliyi, həm də şəhidin döyüş yoldaşları iştirak ediblər.


Bəxtiyar Hacıyev əməkdaşımıza onu da bidirdi ki, prokurorluğa ünvanlanmış böhtan dolu ərizə yoxlanılması üçün Zərdab Rayon İcra Hakimiyyətinə göndərilib. İcra Hakimiyyətində isə ərizədə yazılanların əsassız olduğu qeyd olunub.

Bundan sonra şəhidin atası Zabit Hacıyev məhkəməyə müraciət edərək, şəhidin ruhunu təhqir etdiyinə və ailəsinin şərəf və ləyaqətini alçaltmağa çalışdığına görə Rəsulov Eyvaz Əsabəli oğlu barədə iddia qaldırıb.


İddia ilə əlaqədar Zərdab Rayon Məhkəməsində hazırlıq iclası keçirilib və iyunun 30-na işə baxış iclası təyin edilib. Məhkəmədə şahid kimi şəhidin döyüş yoldaşları da iştirak edəcəklər.
Moderator.az
Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...
Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...
Zərdabda Şəhidə qarşı misligörünməmiş ŞƏRƏFSİZLİK...