BolgeXeber.Com » Ölkə » Bakıda intihara cəhd edən qadın: “O məmur əl çəkməsə özümü öldürəcəm” (VİDEO)

Bakıda intihara cəhd edən qadın: “O məmur əl çəkməsə özümü öldürəcəm” (VİDEO)

24-06-2017, 10:30
Oxunub: 2 497 Bakıda intihara cəhd edən qadın: “O məmur əl çəkməsə özümü öldürəcəm” (VİDEO)Aysel adlı qadın intihar etdiyi xəstəxanadan video çəkərək növbəti dəfə eyni addımı atacağını açıqlayıb

Minion.az-ın məlumatına görə, video yayımlayan qadın 4 qutu dərman içdiyini və intihara cəhd etdiyini bildirib. O buna səbəb kimi, Rüstəm adlı şəxsin onu rahat buraxmaması ilə izah edib. Qadın sözügedən şəxsin hüquq-mühafizə orqanlarının birində yüksək vəzifədə çalışdığını və həmin şəxsin onun rəfiqələrinə zor tədbiq edərək qadın alverçisi olduğunu zorla yazdırdığını dilə gətirib. Qadın videoda dava-dalaşın səbəbini də söyləyib.

Qeyd edək ki, qadın səhifəsində bir neçə dəfə intihar anonsu verib. O bu dəfə alınmayan intihar cəhdini yenidən gerçəkləşdirəcəyini deyib.