BolgeXeber.Com » Xəbərlər » Nikolas Maduronun tərəfdarları Venesuela parlamentinə hücum edib, yaralananlar var
Nikolas Maduronun tərəfdarları Venesuela parlamentinə hücum edib, yaralananlar var
24-06-2017, 11:38
Oxunub: 2 722
Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər xəsarət alıb, binaya maddi ziyan dəyib.
Məlumata əsasən, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.
Bundan əlavə, Karakasda etiraz aksiyası keçirən müxalifətçilər üç yük maşınını yandırıb. “Telesur” telekanalının məlumatına görə, insident Venesuela Hərbi-Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində 75 nəfər ölüb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər