BolgeXeber.Com » Xəbərlər » Qızına 400 minlik toy edən məmur İŞÇİLƏRİNİ QOVUR — SƏBƏB

Qızına 400 minlik toy edən məmur İŞÇİLƏRİNİ QOVUR — SƏBƏB

24-06-2017, 11:39
Oxunub: 2 315 Qızına 400 minlik toy edən məmur İŞÇİLƏRİNİ QOVUR — SƏBƏBXeyli müddətdir vəzifədən gedəcəyi bildirilən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov rəhbərlik etdiyi qurumda “təmizlik işləri”nə başlayıb

“Ölkə.Az” xəbər verir ki, son bir həftədə Şükürov idarənin bir neçə məsul əməkdaşını işdən uzaqlaşdırılıb. Qeyd edilir ki, yaxın günlərdə daha bir neçə əməkdaş yola salınacaq. Mənbə bildirir ki, rəis artıq işdəki yaxın çevrəsinə güvənmir və onları uzaqlaşdırmaqda qərarlıdır.

Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxın olduğu deyilən idarə rəisi bir neçə ay öncə qızına etdiyi 400 minlik toyla gündəmə gəlmişdi.

Əməkdaşımız məsələylə bağlı Qüdrət Şükürovun özüylə əlaqə saxlayıb. İdarə rəisi xəbəri nə təsdiq, nə də təkzib edib: “Siz nə danışırsız e”.