BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Qubada vətəndaşları qəbul etdi

Ramil Usubov Qubada vətəndaşları qəbul etdi

24-06-2017, 17:59
Oxunub: 1 904 Ramil Usubov Qubada vətəndaşları qəbul etdiDaxili işlər naziri Ramil Usubov Quba Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Quba da daxil olmaqla, bölgənin altı şəhər və rayonundan müraciət edən 41 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.