BolgeXeber.Com » Xəbərlər » Lənkəranda evə basqın: ev sahibi öldürüldü-VIDEO

Lənkəranda evə basqın: ev sahibi öldürüldü-VIDEO

24-06-2017, 18:34
Oxunub: 1 765 Lənkəranda evə basqın: ev sahibi öldürüldü-VIDEOLənkəranda naməlum şəxs evə basqın edib

Bölgə.tv-nın Cənub bürosunun verdiyi məlumata görə,hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib. Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar həmin ünvandakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. Lakin, 63 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının deməsinə görə hadisə zamanı evdə İlahə Nəcəfovanın azyaşlı oğlu da olub. O, anasının və nənəsinin vurulduğunu pəncərədən görüb və mobil telefonla dayısına zəng vurub. Qonşular səsə gələndə hadisəni vuran şəxsi yaxalaya bilməsələr də, ümumi görünüşünü yadda saxlayıblar. Bu barədə polisə məlumat verilib. İlkin məlumata görə İ.Nəcəfovanı vuran şəxs onu tanıyırmış. Onu evə gələndə izləyib. Həyətə girərək çölə çıxmasını tələb edib. Sonra evə daxil olub, hadisəni törədib.
Faktla bağlı araşdırma aparılır.