BolgeXeber.Com » İdman » Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib - VİDEO

Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib - VİDEO

25-06-2017, 11:12
Oxunub: 3 118 Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib - VİDEO Rusiyada keçirilən Konfederasiyalar Kubokunda bu gün III tura start verilib

"Report"un məlumatına görə, turun ilk oyun günündə "A" qrupunun qarşılaşmaları baş tutub.
Kazanda Meksika Rusiya ilə görüşdə məğlub duruma düşdüyü halda, hesabı öz xeyrinə dəyişməyi bacarıb - 2:1. Üstəlik, qonşu ölkə komandası 68-ci dəqiqədə Yuri Jirkovun qırmızı vərəqə almasından sonra azlıqda qalıb.
Sankt-Peterburqda son Avropa çempionu Portuqaliya isə qrupda qalacağı dəqiqləşən Yeni Zelandiyanı darmadağın edib - 4:0.
Beləliklə, hərəyə 7 xal toplayan Portuqaliya və Meksika yığmaları qrupda ilk 2 yerin sahibləri kimi yarımfinala yüksəliblər. Üç xalı olan Rusiya ilə xalsız Yeni Zelandiya isə qrupda qalıb.
Konfederasiyalar Kuboku
24 iyun
A qrupu, III tur
19:00. Meksika - Rusiya - 2:1
Qollar: Nestor Araujo, 30. Hirvinq Lozano, 52 - Aleksandr Səmədov, 25
Qırmızı vərəqə: Yuri Jirkov, 68 (Rusiya)
Baş hakim: Fahad əl-Mirdasi (Səudiyyə Ərəbistanı)
"Kazan Arena"

19:00. Yeni Zelandiya - Portuqaliya - 0:4
Qollar: Kriştianu Ronaldu, 33. Bernardo Silva, 37. Andre Silva, 80. Luiş Nani, 90+1
Baş hakim: Mark Geyger (ABŞ)
"Sankt-Peterburq Arena"
Xal durumu: Portuqaliya - 7, Meksika - 7, Rusiya - 3, Yeni Zelandiya - 0.