BolgeXeber.Com » Dünya » Pakistanda neft sisterni yanıb, 123 nəfər ölüb - VİDEO

Pakistanda neft sisterni yanıb, 123 nəfər ölüb - VİDEO

25-06-2017, 11:25
Oxunub: 3 164 Pakistanda neft sisterni yanıb, 123 nəfər ölüb - VİDEOPakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində azı 123 nəfər ölüb, 40-dan çox insan yaralanıb

"Report" xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, zərərçəkənlərin böyük hissəsi xəstəxanalara bədənin 70 faiz yanığı xəsarəti ilə yerləşdirilib.
Şahidlərin sözlərinə görə, yanğına səbəb neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən kiminsə siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər.