BolgeXeber.Com » Dünya » Rusiyada meşə yanğınları davam edir

Rusiyada meşə yanğınları davam edir

26-06-2017, 10:44
Oxunub: 6 691 Rusiyada meşə yanğınları davam edirRusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 7 min hektar meşə sahəsini məhv edib

Məlumata görə, yanğınların söndürülməsinə 595 canlı qüvvə, 75 ədəd texnika və 5 təyyarə cəlb olunub.
Ötən gün Rusiya ərazisində 7 min hektardan çox sahəni əhatə edən 59 meşə yanğını qeydə alınıb.
Yanğınlardan ən çox Yakutiya, Amur vilayəti və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 15 meşə yanğını söndürülüb.